Media məlumatları xəbər verir ki, sionist köçkünlər Ramallahın bir bölgəsində fələstinlilərə hücum edib və nəticədə onlarla insan yaralanıb.
İsrail polisi və Şin Bet təhlükəsizlik xidməti İordan çayının qərb sahilində Ramallahda israilli köçkünlərtərəfindən bir gənc fələstinlinin öldürüldüyünü təsdiqləyib. Bu arada medialar iki fələstinlinin öldürülməsi və onlarla insanın yaralanması haqda məlumat veriblər.
Bu hadisə israilli köçkünlərin Sincal kəndi yaxınlığıa hücumunundan sonra baş verib. Bölgədə yaşayan fələstinlilər İsrail yaşayış məntəqəsinin qeyri-qanuni tikintisinə etiraz ediblər və işğalçıların hücumuna məruz qalıblar.
Köçkünlər fələstinlilərə hücum edərək mallarını yandırıb, onlara daş atıblar.
Bu köçkünlərdən heç biri indiyə qədər həbs olunmayıb.