Fələstinli mediyalar siyonist əsgərlərinin açdığı atəş nəticəsində yaralanmış iki gəncin şəhid olmasını bildiriblər.
Fələstin Səhiyyə Nazirliyi iki gün əvvəl siyonist əagərlərinin Nablus şəhərinə hücumu zamanı qarın nahiyəsindən yara almış 22 yaşlı “Muhəmməd Haşim Muhəmməd Əbu Kəşk”-in şəhadətə çatdığı xəbərini verib.
Xarici KİV-in verdiyi məlumata görə, “Muhəmməd Hirzullah” adlı başqa bir gənc də şəhid olub. O, iki ay əvvəl şəhid Əl-Nablusun və Səbuhun öldürülməsi əməliyyatı zamanı yaralanmışdır.
Dünən də fələstinlilər, siyonist əsgərlərinin Nablus şəhərinə hücumu zamanı şəhid olmuş 16 yaşlı yeniyetmə “Əhməd Əmcəd Şəhade”-ni torpağa tapşırıblar.