Fələstin Səhiyyə Nazirliyi İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərində siyonist rejiminin əsgərlərinin gülləsi ilə bir cavanın şəhid olmasını xəbər veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi bugün, həftənin bazar ertəsi siyonist əsgərlərinin Cenin şəhərinə hücumu zamanı fələstinlilərə tərəf açdıqları atəş nəticəsində bir cavanın şəhadətə çatdığını bildiriblər.
Fələstin Səhiyyə Nazirliyinin verdiyi bəyanatda deyilir: Məhmud Əs-Sədi adında bir cavan, siyonist asgərlərinin gülləsinə tuş gələrək şəhadətə çatıb.
Yerli və təhlükəsizlik mənbələri bildiriblər ki, işğalçı qüvvələr Cenin şəhərinə hücum etmiş, evlərin damında snayperçilər yerləşdirmiş və Ratib Əl-Balinin evini mühasirə edərək onu həbs etmişlər.
Həmçinin, cavanlar və siyonist əsgərləri arasında qarşıdurma baş verib. Siyonist rejiminin əsgərləri bir təcili yardım maşınını hədəf seçiblər və müxbirlərin bu məntəqəyə yaxınlaşmasının qarşısını alıblar.
Son bir neçə ayda siyonist əsgərlərinin İordan çayının qərb sahili şəhərlərinə hücumları, fələstinliləri həbs və şəhid etmələri şiddətlənmişdir.