
Böyük Britaniyada aparılmış yeni bir sorğunun nəticələrinə görə, ölkə vətəndaşlarının əksəriyyəti sionist rejimin Qəzzada törətdiyi cinayətlərə cavab olaraq iqtisadi sanksiyaların tətbiqi, silah satışının dayandırılması və ticarət sazişlərinin ləğv edilməsini tələb edir.
Sorğunun nəticələrinə əsasən, britaniyalıların 62 faizi sionist rejimə qarşı iqtisadi sanksiyaların tətbiqini, 65 faizi silah satışının dayandırılmasını, 60 faizi isə Britaniya ilə sionist rejim arasında mövcud ticarət razılaşmalarının ləğv edilməsini istəyir.