Livan Hizbullahı bəyanat yayaraq, Seyid Haşim Səfiuddinin şəhid olduğunu açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Livan Hizbullahı bugün (çərşənbə) bəyanat verməklə Seyid Haşim Səfiuddinin şəhid olduğunu qeyd edərək, bildirib: Biz böyük lider və Beytul-Müqəddəs yolunun böyük şəhidi olan Hizbullahın İcraiyyə Şurasının sədrinin əzasına oturmuşuq.
Hizbullahın bəyanatında deyilir: Şəhid Seyid Haşim Səfiuddin ən yaxşı mücahid qardaşları ilə birlikdə cinayətkar sionistlərin təcavüzkar hücumlarından birində Rəbbinin hüzuruna səfər edib.