Livan Hizbullahı İsrail rejiminin Beyrutun Zahiyə bölgəsinə hücumu nəticəsində bu hərəkatın komandirlərindən biri olan Həsən Əli Bədirin şəhid olduğunu təsdiqləyib.
Xarici KİV-in verdiyi məlumata görə, Livan Hizbullahı yaydığı bəyanatda bildirib ki, çərşənbə axşamı səhər saatlarında sionist rejiminin qırıcılarının Beyrutun Cənubi Zahiyə bölgəsində bir binaya hücumu nəticəsində bu hərəkatın komandirlərindən olan Həsən Əli Bədir şəhid olub.
İsrail rejimi atəşkəs razılaşmasının icrasından sonra ikinci dəfədir ki, Beyrutun Cənubi Zahiyə bölgəsində bir binanı hədəfə alır. Livan rəsmilərinin pislədiyi bu hücum nəticəsində azı 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.
Sionistlərin bu hücumunun şəhidləri arasında bu Livan müqavimət komandirinin oğlu “Əli Həsən Bədir” də var.