İşğalçı İsrail qüvvələri HƏMAS Müqavimət Hərəkatının liderlərindən olan Salah Bardvili Xan Yunusun qərbindəki əl-Məvasi bölgəsində bir çadırda namaz qılarkən şəhid ediblər.
Bugün (bazar günü) səhər saatlarına yaxın bir vaxtda İsrail qırıcısı raket ataraq, Fələstin Qanunvericilik Şurasının 66 yaşlı nümayəndəsini həyat yoldaşı ilə birlikdə öldürüb.
Bəzi sosial şəbəkə istifadəçiləri bunu HƏMAS liderlərinin Qəzzə əhalisinin yanında olmadığı və bölgəni tərk etmələri ilə bağlı ittihamlara çox yaxşı cavab kimi qiymətləndiriblər.
Sionist rejimi 1993-cü ildə onu həbs etmiş və iki aydan çox müddət ərzində Qəzzə və Əsqəlan zindanlarında sorğu-sual etmişdi. Onun evi bir neçə dəfə “İsrail”in Qəzzəyə etdiyi hücumlar zamanı dağıdılıb. HƏMAS İslam Müqavimət Hərəkatı bəyanat yayaraq, bu hərəkatın siyasi bürosunun üzvü Dr. Salah Bardvilin şəhid olmasını ilə bağlı başsağlığı verərək bildirib: “Şəhid Bardvil, siyasi, media və milli fəaliyyətin simvollarından biri idi. O, dürüstlük, əzmkarlıq və fədakarlıq nümunəsi idi və heç vaxt öz vəzifələrini cihad sahəsində və Fələstin məqsədinə xidmət etməkdə unutmamışdı. O, müqavimət yolunda sadiq qalaraq, Allah yanında ən sevimli gecələrdən olan bir gecədə şəhadətə nail oldu.”