Fələstinin HƏMAS Hərəkatının siyasi bürosunun üzvü İsmayıl Rizvan İran İslam Respublikasının Fələstin xalqına və Müqavimət cəbhəsinə verdiyi dəstəkdən söz açıb.
İsmayıl Rizvan verdiyi açıqlamada vurğulayıb ki, İran İslam Respublikası daima Fələstin xalqına və Müqavimət cəbhəsinə təmənnasız dəstək verib.
O, bundan əlavə İran İslam Respublikasının xüsusilə Qəzza zolağındakı müqavimət cəbhəsi üzvlərinə hərbi dəstək verdiyini də sözlərinə əlavə edib.
HƏMAS rəsmisi İsrail rejiminin Fələstinin Qəzza zolağına etdiyi hücumlar zamanı İran İslam Respublikasının müxtəlif yollarla göndərdiyi silahlardan istifadə olunaraq müdafiə addımları atıldığını da diqqətə çatdırıb.
“İran İslam Respublikasının dəstəyi nəticəsində İsrail rejimi qarşısında göstərilən müqavimət daha da möhkəmlənib. Nə müqavimət cəbhəsi, nə də Fələstin xalqı İran İslam Respublikasının bu günə qədər verdiyi hərbi və digər dəstəkləri unuda bilməz”, – deyə İsmayıl Rizvan qeyd edib.
İsmayıl Rizvan bəzi ərəb ölkələrinin İsrail rejiminin törətdiyi cinayətlərə susmasını da qınayıb: “İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdırmaq Fələstin xalqına arxadan vurulan zərbədir. Uşaq qatilləri ilə heç bir sahədə əməkdaşlıq etmək olmaz. Bu İslam ümmətinə xəyanətdir”.