Həmas sözçüsü bir fələstinli qadının sionist hərbçilər tərəfindən Beyti-Ləhmdə şəhid edilməsinə cavab olaraq bunu işğalçıların Fələstin xalqına qarşı terror davranışının əsl təcəssümü kimi qiymətləndirib.
HƏMAS-ın sözçüsü Hazim Qasim sionist yaraqlılar tərəfindən fələstinli qadının şəhid edilməsinə münasibət bildirib və deyib: Ğadə S. İbrahimin Beyti-Ləhmdə qətlə yetirilməsi işğalçıların xalqımıza qarşı törətdikləri cinayət və terror davranışının əsl təcəssümüdür.
HƏMAS sözçüsü vurğulayıb: “Bu cinayət işğalçıların bütün insan haqları qanunlarına və nizamnamələrinə məhəl qoymamasını göstərir.”
Bu cinayət işğalçıların irqçi və mənfur simasını göstərir. Lakin bu cür cinayətlər Fələstin xalqının Fələstinin geri qaytarılması və azad edilməsi ilə bağlı məqsədlərinə çatana qədər cinayətkar işğalçılara qarşı müqavimətini heç vaxt dayandıra bilməz.
Fələstin Səhiyyə Nazirliyi Beyti-Ləhmdən olan “Ğadə S. İbrahiməli Əl-Əridi” adlı fələstinli qadının bazar günü Beytül-Müqəddəs şəhərinin qərbindəki Husan kəndində işğalçı rejim qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu açıqlayıb.
Altı uşaq anası olan 47 yaşlı Ğadə İbrahim Husan kəndinin şərq girişindəki Əl-Mətinə bölgəsində sionist silahlılar tərəfindən güllələnib.
Ğadə S. İbrahim ayaq arteriyaları parçalanmış və çoxlu qan itirdiyi halda xəstəxanaya aparılıb. Qaniçən İsrail hərbçilərinin qadına ilkin tibbi yardım göstərilməsinə mane olması bu xanımın şəhid olması ilə nəticələnib.