Həmas hərəkatı bildirib ki, 12 yaşdan yuxarı fələstinli uşaqların həbsini qanuniləşdirmək üçün sionist rejiminin qərarı insani dəyərləri və qanunları aşkar şəkildə pozmaqdır.
Xarici KİV-in verdiyi məlumata görə, Həmas hərəkatı vurğulayıb ki, düşmən olan sionist rejiminin 12 yaşlı fələstinli uşaqların həbsini qanuniləşdirmək üçün cəhdləri bu rejimin insani dəyərlərdən uzaq olmasını göstərən növbəti cinayətidir.
Bu hərəkat verdiyi bir bəyanatda bildirib ki, düşmən olan sionist rejiminin 12 yaşdan yuxarı fələstinli uşaqların həbs hökmünün çıxarılması layihəsini nəzərdən keçirmək niyyəti qəsbkar rejimin qəddar təbiətini göstərir.
Bu bəyanatda deyilir: Bu layihəni qanuniləşdirmək uşaqları dəstəkləyən bütün qanunları aşkar şəkildə pozmaqdır. Biz beynəlxalq ictimaiyyətdən sionist rejiminin məhkum olunması və fələstinli uşaqlara qarşı davamlı cinayətlərinə görə cəzalanması istiqamətində ciddi mövqe tutmasını istəyirik.
Həmas hərəkatı bunu da bildirib ki, sionist rejiminin Fələstin xalqına qarşı tədbirləri və təzyiqləri bu millətin, azadlığın əldə olunmasına qədər özünü, müqəddəslərini müdafiə etməsinə mane olmayacaq.
Bu hesabata əsasən, uşaq qatili olan İsrail rejimi fələstinli uşaqlara da rəhm etmir. Onlar da digər fələstinlilər kimi işğalçı rejimin hərbiçilərinin özbaşına və davamlı həbslərindən amanda deyillər. Sionistlər bu uşaqlarla elə rəftar edirlər ki, sanki onların haqqı-hüququ yoxdur. Ötən il 815 fələstinli uşaq sionist rejimi tərəfindən saxlanılıb.