Xarici KİV-in verdiyi məlumata görə, Fransanın paytaxtı Paris geniş miqyaslı bir yürüşə şahid olub. Bu yürüşdə iştirak edən nümayişçilər işğalçı sionist rejiminin Olimpiya oyunlarındakı iştirakının ləğv olunmasını tələb ediblər.
Bu yürüşdə Senat və parlament üzvləri də iştirak edib və Fransa hökümətindən israilli işğalçıların Olimpiya oyunlarındakı iştirakının qarşısının alınmasını tələb ediblər.
Parisin üç böyük meydanı hər həftə etirazlara şahid olur. Bu meydanların arasında Parisin mərkəzində yerləşən “Respublika Meydanı” ötən 10 ay ərzində cinayətkar “İsrail”in simasını Qəzzə günahsızlarının qanından doymayan bir qatil kimi ifşa edib və üzə çıxarıb.
Jurnalistlərdən biri bu barədəki hesabatında deyib: “Gələn cümə günü Paris Olimpiya oyunlarının başlaması üçün geri sayım başladığı bir vaxtda, fransızlar paytaxtın göbəyində yerləşən həmin məkanda nümayiş keçirərək, “FİFA”nın sionist rejiminin Olimpiyadada iştirakının ləğvi ilə bağlı tələb barəsindəki qərarı təxirə salmasını pisləyiblər.”
Fransa senatoru “Adam Luis” də deyib: “Rusiyanın Olimpiyadadakı iştirakının qarşısının alınmasını nəzərə alsaq, ikiüz ola bilmərik. Biz, beynəlxalq qanunlara riayət etməyən hər bir rejimin iştirakının qarşısını almalıyıq. Buna görə də, beynəlxalq qanunları ayaq altına atan “İsrail”in iştirakının qarşısı alınmalıdır.”
Xəbər agentliyinin müxbiri hesabatının ardında nümayişçilərin əllərindəki plakatlara işarə edərək deyib: “Fransızlar deyirlər ki, fələstinlilərin əl və ayaqları tikə-tikə olunub və heç bir beynəlxalq yarışda iştirak edə bilmirlər. Onların uşaqlıq dövrü israilli cinayətkarlar vasitəsi ilə aradan gedib. Nümayişdəki nümayişçilər minlərlə sual soruşurlar. Məsələn, bu plakat deyir: Bizə ukraynalı və fələstinli uşaqlar arasında bir fərq göstərin!”
Fransa parlament nümayəndəsi “Bronqo Cernon” vurğulayıb: “Biz ədalət üçün mübarizə aparmalıyıq. Biz Fələstində baş verənlərə dözə bilmərik. Buna son qoyulmalıdır. Bu hökumət digər regionlar kimi Fələstindəki müharibə qarşısında mövqe tutmalıdır.”
Nümayişçilər Fransanın ev sahibliyi ilə keçirilən idman tədbirində sionistlərin iştirakına dair şüarlar və qəzəb ifadələri arasında dünyaya mesajlar verirlər.
Fransa təhlükəsizlik qüvvələri qarşıdan gələn Avqustun sonunadək davam edəcək Olimpiya və Paralimpiya Oyunlarının təhlükəsizliyinin təmin olunması üçün “Qabriel Atal” hökuməti tərəfindən hazırlanmış plan çərçivəsində Paris küçələrindəki yürüşü izləyiblər.