Fələstinli mənbələr Qəzzə zolağının cənubundakı Fərəh şəhərinin şərqində yerləşən Həyyul Cəninədə fələstinli bir vətəndaşın evinin bombalanması barədə məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata əsasən, bu bombardmanda 11 nəfər şəhid olub və digər bir neçə nəfər isə yaralanıb.
Bununla əlaqədar olaraq Qəzzə Daxili İşlər Nazirliyi bildirib ki, müharibə başlayandan indiyədək (26 Oktyabra qədər) ötən 20 gün ərzində fələstinli şəhidlərin sayı 7028 nəfərə çatıb ki, onların da 481 nəfəri ötən 24 saat ərzində şəhadətə yetişib.
Qəzzə Daxili İşlər Nazirliyi, həmçinin dünyanın bütün azad insanlarından, Ərəb və İslam ümmətindən sionist rejiminin cinayətləri qarşısında öz sükutlarını pozmağı və Qəzzədə fələstinlilərin qətliam cinayətinin dayandırılması üçün tədbir görmələrini istəyib.