Sionist hərbiçiləri İordan çayının qərb sahilinin şimalında yerləşən “Tülkərm” də yeni divar tikintisinə başlayıb.
Sionist hərbiçilərinin “Salim” kəndindən “Tülkərm” şəhərinə qədər hündürlüyü 9 metr və uzunluğu 45 km divar tikirlər. Bu divarın tikintisi ilə fələstinlilərin yüzlərlə hektar əkin sahələri müsadirə olunur.
Fələstinli əkinçi “Muhəmməd Səid” işğalçıların bu addımının fələstinlilərə əziyyət vermək məqsədi daşıdığını bildirərək deyib: Əkinçilərə “Fəqin” məntəqəsindən yalnız 5 min kvadrat metr yer verilir.
O, həmçinin, deyib: Əvvəllər həftədə 3 dəfə əkin sahələrimizə gedə bilirdik və çox vaxt təhlükəsizlik tədbirləri bəhanəsi ilə qarşımızı alırdılar. Amma bu divarın tikilişi ilə bizim girişimizə mane olurlar.
Xatırtlatmaq lazımdır ki, sionist rejiminin keçmiş Müdafiə naziri Beni Qantz keçən ilin Noyabr ayında İordan çayının qərb sahilinin şimalında uzunluğu 100 km olan beton divarın inşasını təsdiqləyib. Bu divarın tikintisi mərhələli şəkildə başlayıb və birinci mərhələdə təxminən 45 km uzunluğunda olacaq.