Fələstin hökumətinin Qəzzədəki İnformasiya Mərkəzi sionist rejiminə məxsus qırıcıların şənbə günü gecə Qəzzə zolağının mərkəzindəki evlərə hücumları zamanı 44 nəfər Fələstin vətəndaşının şəhid olması və 80 nəfərin yaralanması barədə məlumat verib.
Verilən məlumata əsasən, Fələstin Qırmızı Aypara Cəmiyyəti də bildirib ki, sionist rejimi Qırmızı Aypara Cəmiyyətinin 12 nəfər üzvünü bir həftədən çoxdur ki, həbsdə saxlayır. Onların 7-si əl-Əməl xəstəxanasında saxlanılıb.
Bu, şənbə günündən əvvəlki 24 saat ərzində sionist rejiminin Qəzzədə törətdiyi 9 qətliamda 83 nəfərin şəhid olduğu və 125 nəfərin isə yaralandığı halda baş verib.