Sionist rejiminin Qəzzə zolağındakı “Aclıq və qıtlıq” siyasətinin davam etməsi 7 yaşlı bir uşağın həyatına son qoyub.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə şəhərinə tətbiq edilən şiddətli blokadaya görə meydana çıxmış qida və dərman çatışmazlığı nəticəsində 7 yaşlı “Lina əş-Şeyx Xəlil” Qəzzə zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində həyatını itirib.

Verilən məlumata əsasən, pis qidalanma fələstinli uşaqlar arasında artmaqdadır və Qəzzə zolağındakı vəziyyət qida böhranı həddinə çatıb.
Bundan öncə də BMT-nin Uşaq Fondu (UNICEF) qida çatışmazlığından əziyyət çəkən 10 yaşlı bir uşağın videosunu yaymaqla, “qida, su və tibbi avadanlıq çatışmazlığının Qəzzədəki uşaqların üzücü vəziyyətini daha da pisləşdirdiyini” açıqlamışdı.