Fələstin Səhiyyə Nazirliyi Əqsa Fırtınası başladıqdan indiyədək fələstinli şəhidlərin sayının 3300 nəfərə çatdığını bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstin Səhiyyə naziri Mey Əl-Kilə deyib: Əqsa Fırtınası başladıqdan indiyədək fələstinli şəhidlərin sayı 3300 nəfərə çatıb.
Fələstin Səhiyyə Nazirliyi rəsmisi yaralıların sayının 11000 nəfər olduğunu açıqlayıb və verdiyi kiçik bəyanatda vurğulayıb ki, Qəzzə zolağında ciddi dərman çatışmazlığı var.
O, deyib: Suyun kəsilməsi və kanalizasiya sisteminin pisləşməsi yoluxucu xəstəliklərin yayılma təhlükəsini artırır.
“İsrail” rejiminin Qəzzə zolağına qarşı vəhşicəsinə təcavüzü ardıcıl olaraq 12-ci gündə təyyarələrdən, hərbi gəmilərdən şiddətli bombardmanlarla və evlərə, qüllələrə, yaşayış binalarına artilleriya hücumları ilə davam edir.