Sionist rejiminin təcavüzləri başlandığı vaxtdan etibarən ötən şənbə günündən indiyədək fələstinli şəhidlərin sayı 2269 nəfərə çatıb.
Qəzzə Səhiyyə Nazirliyi sionist rejiminin təcavüzləri başlandığı vaxtdan etibarən ötən şənbə günündən indiyədək Qəzzə zolağı və İordan çayının qərb sahillərindəki şəhidlərin sayının 2269 nəfərə və yaralıların sayının 9814 nəfərə çatdığını bildirib.
Bu nazirliyin bildirdiyinə görə, bu müddət ərzində Qəzzə şəhidlərinin sayı 2215 nəfərə və yaralıların sayı 8714 nəfərə çatıb.
Həmçinin Fələstinin qərb sahilində də 54 nəfər şəhid olub və 1100 nəfərdən çox insan yaralanıb.