Qəzzənin xüsusilə dünən axşam və bugün (çərşənbə günü) səhər saatlarına yaxın vəhşicəsinə bombalanmasının davam etməsi ilə fələstinli şəhidlərin sayı 10 500 nəfəri keçib. Sionist rejiminin qırıcıları bu hücumlarda 250 nöqtəni hədəfə alıblar.
Bu hesabata əsasən, Qəzzə Səhiyyə Nazirliyi ən son statistikasında elan edib ki, sionist rejiminin 7 Oktyabrdan (Əqsa Fırtınası əməliyyatının başlanması) indiyədək olan hücumlarında şəhid olanların sayı 10 569 nəfərə çatıb.
Bundan əvvəl, bugün səhər Fələstin Səhiyyə Nazirliyi fələstinli şəhidlərin sayının 10 328 nəfərə yüksəlməsi barədə xəbər vermişdi.
Əqsa Fırtınası əməliyyatının 33-cü günü sionist rejiminin hələ də Qəzzəni dəlicəsinə bombalamağa davam etdiyi halda başlayıb. Belə ki, sionist rejimi dünən gecə və bu gün səhər saatlarına yaxın 250 nöqtəni bombalayıb.