Mediyalar, sionistlərin gülləsi ilə şəhadətə çatan 18 yaşlı fələstinli şəhid Əbdül Hadi Nezalın bacısının qardaşı ilə kədərli vidalaşma videosunu paylaşıblar.
Əbdül Hadi Nezal, cümə axşamı günü Cenin şəhərinin Qubatiyyə şəhərciyində sionist rejiminin qüvvələri ilə silahlı toqquşmada ağır yaralanmışdır. O, aldığı yaralar səbəbiylə şənbə günü şəhadətə çatıb.
Cenin şəhərinin Qubatiyyə şəhərciyinə hücum məqsədi ilə gələn sionist rejiminin əsgərləri ilə mübarizə aparmaq üçün yüzlərlə fələstinli gəncin əli yalın, daş və molotov kokteyli atmasından sonra sionist rejiminin əsgərləri ilə Müqavimət qüvvələri arasında silahlı toqquşma başlayıb.