Xəbər mənbələri İsrail döyüş təyyarələrinin Qəzzə zolağının şimalında fələstinli qaçqınların yaşadığı məktəbi bombaladığını bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstin mediası cümə günü səhər xəbər verərək bildirib ki, İsrail döyüş təyyarələri Qəzzə zolağının şimalında Cəbaliyadakı Həlimə əs-Sədiyyə məktəbini bombalayıb.
Əl-Əqsa Radiosu fələstinli qaçqınların məskunlaşdığı məktəbin bombalanması nəticəsində 7 nəfərin şəhid olduğunu açıqlayıb.
Xilasetmə qüvvələri yaralıları və şəhidlərin cəsədlərini yaxınlıqdakı xəstəxanalara çatdırmağa çalışıb.
Bəzi media qurumları əş-Şifa Tibb Mərkəzinin rəsmilərinə istinadən şəhidlərin sayını 10-dan çox olduğunu açıqlayıb.
Məktəb əvvəllər də bir neçə dəfə bombalanmış, sonuncu dəfə 2024-cü il Sentyabrın 7-də və bu il Aprelin 22-də bombalanmışdı.