İordan çayının qərb sahili siyasi məhbusların ailələri komitəsi xalqı fələstinli jurnalist Məhəmməd Ətiqə dəstək kompaniyası çərçivəsində Cenin şəhərində çərşənbə günü həmrəylik aksiyası keçirməyə çağırıb.
Fələstin Özünüidarə Təşkilatı 10 gündür ki, Məhəmməd Ətiqin Ərihad həbsxanasında saxlayır və bu müddət ərzində istintaq bəhanəsi ilə onun ailəsi ilə görüşməsinə mane olur.
Məhəmməd Ətiqin atası Şeyx Əli Ətiqin sözlərinə görə oğlu Cenin şəhərinin cənubunda yerləşən Berqin məntəqəsindəki heç bir izahat verilmədən evində həbs edilib. Bu xüsusda Fələstin Özünüidarə Təşkilatı rəhbərliyi ona bəzi ittihamları qəbul etdirmək məqsədini güdür.
Təşkilat məhkəməsi bazar günü üçüncü dəfə olaraq Məhəmməd Ətiqin daha 10 gün Ərihada saxlanılmasına dair qərar verib.
Məhəmməd Ətiq dəfələrlə Fələstin Özünüidarə Təşkilatı tərəfindən saxlanılıb. Bir dəfə Məscidül Əqsada sionist rejim hərbçiləri üçün reportaj hazırlamaq ittihamı ilə həbs olunub.
Məhəmməd bir sionist rejim komandirinin ölümünə səbəb olan şəhidət uğrunda vuruşan “Qisam” qrupunun üzvü Əhməd Əli Ətiqin qardaşıdır.