İşğalçı İsrail rejiminin əsgərləri İordan çayının qərb sahilində yerləşən Cənin şəhərinin əl-Silə əl-Harisiyə kəndinə basqın reallaşdırıb.
Bu barədə yerli mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanır ki, işğalçı İsrail rejimi əsgərləri kənddə müxtəlif evlərə daxil olaraq vəhşilik törədib.
Bəzi evlərdə yaşayan fələstinlilər İsrail rejimi əsgərlərinə müqavimət göstərməyə çalışıblar.
Sionist İsrail rejimi əsgərlərinin bəzi fələstinlilərə qarşı odlu silahdan atəş açdığı da diqqətə çatdırılır.
İşğalçılar tərəfindən açılan atəş nəticəsində 17 yaşlı Məhəmməd Əbu Salah ağır yaralanıb.
Ağır durumda xəstəxanaya çatdırılan Məhəmməd Əbu Salahın həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin dünən axşam saatlarında baş verdiyi və hətta 4 fələstinlinin evinin İsrail rejimi tərəfindən dağıdıldığı vurğulanır.
Baş verənlərdən sonra bölgədəki fələstinlilər ilə İsrail rejimi əsgərləri arasında qarşıdurma yarandığı da qeyd olunur.
Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Sami Əbu Zuxri də açıqlama yayaraq İsrail rejiminin dünən etdiklərinin yolverilməz olduğunu və beynəlxalq təşkilatların bu hadisəyə hələ də susduqlarını xatırladıb.
Sami Əbu Zuxri İsrail rejiminin bundan əvvəl də oxşar cinayətlər törətdiyini və fələstinlilərin evlərinin dağıdılaraq bölgədə radikal yəhudilərə yaşayış məskənlərinin salmaq məqsədi güdüldüyünü də sözlərinə əlavə edib.