Ərəb mediası İordan çayının qərb sahilində sionist yaşayış məntəqəsi yaxınlığında baş verən silahlı toqquşmada İsrail hərbiçiləri tərəfindən vurulan fələstinli döyüşçünün şəhid olması xəbərini yayıb.
Xarici KİV-in verdiyi məlumata görə, cümə axşamı, İyunun 12-də sionistlərin Tülkərm və Cenin şəhərləri arasında yerləşən “Hərmiş” qəsəbəsi yaxınlığında baş verən silahlı toqquşmada bir fələstinli döyüşçü İsrail hərbiçiləri tərəfindən güllələnərək öldürülüb.
Sionist mənbələr avtomobilə minən fələstinli döyüşçünün sionist əsgərlərə atəş açdığını və onların da öz növbəsində onu hədəfə aldığını və onu öldürdüyünü bildiriblər.
Bəzi sionist mənbələr də sionistlərin “Hərmiş” qəsəbəsi yaxınlığında bir sionist nəzarət-buraxılış məntəqəsinin atəşə tutulduğunu bildiriblər.
Digər tərəfdən Qəzza xəstəxanalarındakı bəzi mənbələrə istinadən verilən məlumata əsasən, cümə axşamı səhər saatlarından etibarən Qəzzə zolağının müxtəlif bölgələrində 58 fələstinli sionist rejimin hərbiçiləri tərəfindən vurularaq həyatlarına son qoyulub. Onlardan 32-si paylama mərkəzlərindən yardım almağı gözləyənlər arasındadır.
Sionist rejim 2023-cü il Oktyabrın 7-də Qəzzə zolağına qarşı iki əsas məqsədlə müharibəyə başlayıb: HƏMAS hərəkatını məhv etmək və sionist məhbusları bu bölgədən geri qaytarmaq, lakin bu məqsədlərə nail ola bilmədi və məhbusların mübadiləsi üçün HƏMAS hərəkatı ilə razılığa gəlməyə məcbur oldu.
2025-ci il Yanvarın 19-da HƏMAS və sionist rejim arasında razılaşma əsasında Qəzzə zolağında atəşkəs elan edildi və bir neçə əsir dəyişdirildi. Bununla belə, sionist rejim atəşkəs danışıqlarının ikinci mərhələsinə daxil olmaqdan imtina edərək, atəşkəsin şərtlərini pozaraq, hicri qəməri tarixi ilə 18 Mart 2025-ci il çərşənbə axşamı səhəri Qəzzə zolağına qarşı hərbi təcavüzünü bərpa edib.