Fələstin mediaları həftənin bazar günü Qəzzə zolağının şimalında bir fələstinlinin evinin bombalanması zamanı azı 13 nəfərin şəhid olduğu barədə məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminin ordusu fələstinlilərə qarşı yeni cinayətdə Qəzzə zolağının şimalında yerləşən “Cəbaliyada”kı bir evi bombalayıb. Bunun nəticəsində də, 12 nəfər şəhid olub və 20-ə yaxın insan da yaralanıb.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi də bazar günü bildirmişdi ki, sionist rejimi 24 saat ərzində bu məntəqədə 8 qətliam törədib. Nəticədə isə, 81 nəfər şəhid olub və digər 223 nəfər də yaralanıb.