İordan çayının qərb sahillərindəki Təyasir yoxlanış məntəqəsində işğalçı rejimin qüvvələri tərəfindən açılan atəş nəticəsində fələstinli bir qız şəhid olub.
Xarici KİV-in verdiyi məlumata görə, Əsma Səd Əbu Möhsin adlı 18 yaşlı bu gənc qız Tubas şəhərinin şərqində yerləşən Təyasir yoxlanış məntəqəsində sionist əsgərlərindən birinə soyuq silahla hücuma cəhd iddiası ilə işğalçı qüvvələrin açdıqları atəş nəticəsində şəhid olub.
Bu məlumata əsasən, işğalçı qüvvələr təcili yardım maşınının bu qıza yaxınlaşmasına icazə verməyiblər və ağır qan itirmə nəticəsində həyatını itirməsi üçün onu tək qoyublar.
Verilən məlumata görə, Oktyabrın 7-dən indiyədək İordan çayının qərb sahillərində şəhid olan fələstinlilərin sayı təxminən 500 nəfərə yüksəlib.