İsrailli hərbiçilər cümə günü Qəlqiliyyənin şərqindəki “Kəfərqədum” əhalisinin nümayişlərini yatırmaqla fələstinli bir gəncə baş nahiyəsindən atəş açıblar.
Fələstin Qırmızı Aypara Cəmiyyəti həmçinin, Nablusun “Həvare” və “Beyt Dəcn” şəhərciklərində sionist hərbiçiləri ilə toqquşmada 17 nəfər fələstinlinin yaralandığı barədə xəbər verib.
Nablusun cənubunda da fələstinlilərlə sionist hərbiçiləri arasında toqquşma baş verib.
Əl-Xəlilin cənubunda Əl-Fəvar düşərgəsinin girişində sionist hərbiçilər fələstinli gənclərlə qarşıdurma zamanı qaz bombaları və plastik güllələrdən istifadə ediblər.