Sionist İsrail rejimi öz təcavüzkar və işğalçı cinayətlərini davam etdirir. Fələstin və Qəzzə zolağında qətliamlar törədən sionist qüvvələr fələstinlilərin əkin sahələrini əllərindən alırlar. Qəzzə zolağını mühasirədə saxlayan və dinc əhaliyə qan udduran bu rejim indi də sadə əhalinin əkin sahələrindən məhsullarını yığmasına mane olur. Öz əkin sahəsindən zeytun toplamaq istəyən fələstinliyə sionistlər imkan vermir. Zorla torpağı əlindən alınmağa çalışılan fələstinli müqavimət göstərərək “Bu mənim torpağımdır” deyə fəryad edir.
Bu haqda videonu PNews TV kanalı yayımlayıb. Videonu sizə təqdim edirik: