Fələstin Qırmızı Aypara Cəmiyyəti Qəzzə şəhərində fəaliyyət göstərən 18 təcili yardım maşınından indi yalnız 7-sinin qaldığını bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstin müqavimət qrupları həftənin bazar günü verdikləri birgə bəyanatda bildiriblər: “İsrail ordusunun sözçüsü uşaqların öldürülməsinə görə özünə bəraət qazandırmaq üçün yalanlar və düzgün olmayan iddialar yayır”.
Bu bəyanatda vurğulanıb: “İşğalçıların ordusu (Qəzzə zolağında) 5 xəstəxanaya hücum edərək bombalamaqla qətliam törədib”.
Fələstinli qruplar bildiriblər: “Biz BMT-dən həqiqətlərin üzə çıxması, cavabdehlik və həqiqətlərin dəyişdirilməsinin qarşısının alınması üçün Qəzzədəki xəstəxanalara baş çəkməsini istəmişik”.
Bu bəyanatda əlavə olaraq bildirilib: “İşğalçıların özlərini zahirdə humanist göstərmə cəhdləri xəstəxanaların hərbiləşməsinə dair iddialarını sübut edə bilməmələrindən sonra baş tutub”.
Digər tərəfdən də Fələstin Qırmızı Aypara Cəmiyyəti Qəzzə şəhərində fəaliyyət göstərən 18 təcili yardım maşınından indi yalnız 7-sinin qaldığını bildirib.