Fələstin Mücahidləri Hərəkatı Qüds əməliyyatlarını təbrik etməklə verdiyi bəyanatda bildirib ki, sionistlər Fələstin torpaqlarından çıxarılana qədər müqavimət şöləsi alovlanacaq.
Bu bəyanatda bildirilir: Müqavimətçilər və mübarizlər tərəfindən yeni müqavimət yollarının kəşfi, sionist rejiminin təhlükəsizlik sisteminə ağrılı zərbələr endirib.
Bu qəhrəmanlıq addımları, Fələstin xalqının inqilabını daha da alovlandırıb, siyonistlər, onların hərbi və təhlükəsizlik qrumlarını yeni böhrana salanacaq.
Fələstin Mücahidləri Hərəkatı mümkün olan hər bir yolla mübarizənin genişlənməsini və bütün meydanlarda ciyanətkar işğalçıların hədəf alınmasını istəyib.
Noyabrın 23-ü səhər işğal olunmuş Qüdsün qərbində əsas avtobus terminalında və “Ramot” kəsişməsində baş verən iki partlayış, bir sionistin ölməsi və azı 47 nəfərin yaralanması ilə nəticələnib. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.
