Fələstin mediaları sionist rejimi ordusunun 3000 yaşayış mənzilini tamamilə yandırdığını və Qəzzəyə hücumları və soyqırımı zamanı on milyonlarla dollar ziyan vurduğunu bildirib.
Fələstin mediaları bəyanat yayaraq bildiriblər ki, işğalçı rejimin ordusu Qəzzəyə olan vəhşicəsinə hücumlar zamanı 3000 yaşayış mənzilini yandırıb və fələstinlilərin evlərinə on milyonlarla dollardan çox ziyan vurub.
Bu bəyanatda deyilir ki, evlərin yandırılması bu rejimin ordusundakı komandirlərin birbaşa göstərişi əsasında baş tutub ki, bununla da evlər yaşayışa yararsız hala gətirilsin və Qəzzə vətəndaşlarına, xüsusən də işğalçı rejimin, evlərini tərk etməyə məcbur etdiyi kəslərə daha çox ziyan vurulsun.
Bu bəyanatda, həmçinin deyilir ki, sionist rejimi sosial şəbəkələrdə əməliyyata aid və ondan sonra sevindiklərini əks etdirən şəkil və videolar paylaşıblar.