Ərəb mediası İsrail rejiminin Qəzzə zolağının cənubuna hava hücumu nəticəsində Yəhya Sinvarın qardaşı və Xan Yunis briqadasının komandiri Məhəmməd Sinvarın şəhid olması xəbərini təsdiqləyib. Məlumata əsasən, Rəfəh briqadasının komandiri Məhəmməd Şəbanə də Xan Yunisdə şəhid olub.
Ərəb mediası sionist rejimin Qəzzə zolağının cənubuna hava hücumu nəticəsində Yəhya Sinvarın qardaşı və Xan Yunis briqadasının komandiri Məhəmməd Sinvarın şəhid olması xəbərini təsdiqləyib.
Bu mənbələr HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının komandiri Məhəmməd Sinvarın bir neçə gün əvvəl Xan Yunisin şərqindəki Avropa Xəstəxanası yaxınlığında İsrail hücumlarında şəhid olduğunu açıqlayıb.
Bundan əlavə, şəhid Məhəmməd Sinvarın cəsədinin 10 müavini ilə birlikdə Xan Yunisdə tunelin içərisində tapıldığı, Rəfəh Briqadasının komandiri Məhəmməd Şəbanənin də Xan Yunisdə şəhid olduğu bildirilib.