Sionist rejiminin hərbiçiləri çərşənbə axşamı günü səhər, 12 nəfər Fələstin vətəndaşını, o cümlədən azadlığa çıxmış bir neçə əsiri Əl-Xəlil vilayətində həbs ediblər.
Xarici KİV-in təhlükəsizlik və yerli mənbələrə istinadən verdiyi məlumata görə, sionist rejiminin hərbiçiləri Əl-Xəlilin bir neçə məhəlləsinə hücum etməklə, azadlığa çıxmış Əbdül-Qadir əl-Ətrəş, Mahmud Əbu Davud, Ənəs Əmir Rasus, Ərəfat əl-Qəvasimi, Əkrəm əş-Şəntir və iki övladı Səqr və Muhməmmədi həbs ediblər.
Sionist hərbiçiləri, həmçinin Əl-Xəlilin şimal-qərbində yerləşən Beyti Kahil qəsəbəsindən Muin əz-Zəhuru, Əl-Xəlilin şimalındakı Beyti Əmr qəsəbəsindən Zeyd Əmmar Ərəri və Əl-Xəlilin şimal-qərbində yerləşən Surif qəsəbəsindən Məruf Vəhid Əbu Farəh, Rami İbrahim Ğənimat və Bəha Xalid Ğənimatı həbs ediblər.
Bu arada sionist hərbiçiləri Əl-Xəlilin girişlərini bağlayıb və bu nöqtələrdə hərbi maneələr yaradıblar.
İşğalçılar, həmçinin Yəta, Beyti Kahil, Səir, Həlhul, Dura, Bəni Nəim və Beyti Əmr qəsəbələrinin girişlərini bağlayıblar və vətəndaşların maşınlarının saxlayıb axtarış aparıblar.