
İzəddin əl-Qəssam briqadalarının (HƏMAS hərəkatının hərbi qanadı) hərbi sözçüsü bu gün açıqlama verərək bildirmişdir ki, sionist rejimin hərbi qüvvələri “Matan Zangavker” adlı bir sionist əsirin saxlandığı yeri mühasirəyə alıblar.
Əbu Ubeydə qeyd edib ki, düşmən sionist rejim bu əsiri sağ-salamat azad edə bilməyəcək və əgər azad etməyə cəhd zamanı həmin əsir öldürülərsə, bu cinayətin məsuliyyəti sionist rejimin ordusunun üzərinə düşəcək.
Müqavimət komandiri əlavə edib ki, HƏMAS qüvvələri bu əsiri təxminən bir il səkkiz ay ərzində qoruyub saxlayıblar, lakin indi sionistlər onun ölümünə səbəb olacaqlar.