İsrail rejiminin döyüş təyyarələri Qəzzə müharibəsi başlayandan bəri on ikinci dəfə Qəzzənin mərkəzində yerləşən əl-Əqsa Şəhidləri Xəstəxanasını hədəfə alaraq, qara tarixinə yeni cinayət əlavə edib.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail ordusu bazar ertəsi əl-Əqsa Şəhidləri Xəstəxanası ərazisində (Qəzzə zolağının mərkəzində yerləşən Deyr əl-Bələhdə) qaçqınlar üçün çadırı bombalamaqla yeni qanlı cinayət qeydə alıb.
Fələstin hökumətinin Qəzzədəki informasiya ofisi hədəfin xəstəxananın kişilər bölməsindən cəmi bir neçə metr aralıda olduğunu açıqlayıb.
Bəyanatda deyilib ki, bu cinayətkar hücum, soyqırım xarakterli müharibənin başlanmasından bəri on ikinci dəfədir baş verir və eyni xəstəxananın məqsədli şəkildə ardıcıl hədəf alınmasını göstərir. Bu isə səhiyyə infrastrukturunun qəsdən məhv edilməsi və beynəlxalq hüququn açıq şəkildə pozulması anlamına gəlir – tibb müəssisələrinə və mülki şəxslərə hücumu qadağan edən elə hüquqlar.


Bəyanatda qeyd olunub ki, işğalçı İsrail rejimi, eləcə də Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri, bu təşkilatlanmış cinayətlərə görə tam məsuliyyət daşıyırlar. Bu cinayətlər, səhiyyə infrastrukturunun qəsdən məhvini hədəfləyən açıq bir siyasət çərçivəsində həyata keçirilir.
Belə bir şəraitdə, Fələstin Səhiyyə Nazirliyi də bəyan edib ki, son 24 saat ərzində 28 şəhidin cəsədi Qəzzədəki xəstəxanalara gətirilib və 223 nəfər də yaralanıb.
Bununla, 2023-cü il Oktyabrın 7-dən bəri İsrail rejiminin Qəzzə zolağına təcavüzü nəticəsində həyatını itirənlərin sayı 56531 nəfərə, yaralananların sayı isə 133642 nəfərə çatıb.