Əl-Cədid düşərgəsində bir yaşayış mənzilinin bombalanması nəticəsində 20-dən çox fələstinli şəhid olub.
Bazar günü verilən məlumata görə, Qəzzə zolağının mərkəzində və ən-Nəsirat düşərgəsinin şimalında yerləşən əl-Cədid düşərgəsində bir yaşayış mənzilinin hədəf seçilməsindən sonra ortaya çıxan dağıntıların həcmi sionist rejiminin vəhşiliyindən xəbər verir.
Bu bombardmanda Həssan adlı fələstinlinin ailəsi sionist rejiminin qırıcılarının hücumuna tuş gəlib. Bunun nəticəsində də 20-dən çox insan şəhid olub. Şəhid olanların əksəriyyəti fələstinli qaçqınlar olub.
Şəhidlərin cənazələrinin axtarış və dağıntılar altından çıxarılma əməliyyatları həyata keçirilib.
Verilən məlumata əsasən, bundan bir gün əvvəl Qəzzə zolağının mərkəzində yerləşən yaşayış məhəllələrindən biri tamamilə dağıdılıb.