İsrail rejiminin keçmiş baş naziri bildirib ki, Qəzzədə müharibə mənasızdır və girovları azad etmək şansı yoxdur.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminin keçmiş baş naziri Ehud Olmert Qəzzə zolağına hücumlarda hərbi cinayətlər törədildiyini etiraf edib.
Olmert müsahibəsində deyib: “İsrailin hazırda Qəzzədə etdiyi işlər hərbi cinayətdir”.
O, bunu belə izah edib: “Bu, məqsədi olmayan və girovların həyatını xilas edə biləcək hər hansı bir şeyə nail olmaq şansı olmayan müharibədir”.
Keçmiş sionist məmur sözlərinin davamında deyib: Müharibə vəziyyətinin aydın olması ondan ibarətdir ki, minlərlə günahsız fələstinli, eləcə də çoxlu İsrail əsgəri öldürülür.
Məlumata görə, Olmert, həmçinin bildirib: “Biz günahsız mülki şəxslərlə deyil, HƏMAS-la mübarizə aparırıq və bu aydın olmalıdır.”