Dünya Ərzaq Proqramı bazar günü verdiyi bəyanatda Qəzzədəki qıtlıq və aclıq barəsində xəbərdarlıq edib.
Beynəlxalq qrum olan Dünya Ərzaq Proqramının bəyanatında deyilir: “Qəzzədəki qıtlığa sürətli enişin qarşısını almaq üçün yeganə yol humanitar yardımlara maneəsiz yetişmə və ən əsası atəşkəsdir.”
Ümumdünya Ərzaq Təşkilatı da ötən günlərdə bildirib ki, Qəzzə əhalisinin dörddə birini təşkil edən təxminən 577 min insan aclıqdan əziyyət çəkir.
Beynəlxalq Əfv Təşkilatı son günlərdə verdiyi bir bəyanatda xəbərdarlıq edib: “Gözlərimizin önündə Qəzzənin açıq zindandan böyük qəbirsanlığa çevrilmə təhlükəsi həyata keçməkdədir.”
Bu beynəlxalq qrum əlavə edib: “Qəzzədəki qətliamın qarşısını almaq istiqamətində bütün dünya ölkələrinin beynəlxalq hüquqi öhdəlikləri var.”
Xarici KİV-in verdiyi məlumata görə, BMT-nin Qaçqınlar Agentliyi də ötən həftənin çərşənbə günü bildirmişdi ki, Qəzzə zolağı İsrail rejiminin hücumlarına görə, “yaşayış üçün yararsız yerə” çevrilib.
BMT-nin Köçkünlərə Yardım və İşlər üzrə Agentliyinin sözçüsü “Ədnan Əbu Həsənə” deyib: “Qəzzə yer üzündəki ən pis yerdir və yaşayış üçün yararsız bir yerə çevrilməkdədir.”
O, əlavə edib: “Bu məntəqədə 1.9 milyon qaçqın var ki, onun da təxminən 1.4 milyon nəfəri BMT-nin nəzarəti altında olan 155 məktəb və sığınacaqda yaşayır.”