Cümə axşamı axşam saatlarında Qəlqiliyyədə fələstinlilər və sionist hərbiçiləri arasında baş verən toqquşmalarda sionistlərin açdığı atəş nəticəsində fələstinli bir yeniyetmə şəhid olub və digər iki nəfər yaralanıb.
Dünən gecə Qəlqiliyyənin şərqindəki Əzun şəhərciyində baş verən toqquşmalarda 15 yaşlı yeniyetmə “Muhəmməd Nəzzal Səlim”, israilli hərbiçilərin gülləsi ilə şəhadətə çatıb.
Fələstinli mənbələr bildiriblər ki, Nazzal Səlim, dünənki toqquşmalarda yaralanıb və bir neçə saat sonra aldığı yaraların şiddətindən şəhadətə çatıb.
Fələstinli mənbələr vurğulayıblar ki, bu toqquşmalarda digər iki nəfər yaralanıb və bildiriblər ki, onlardan birinin vəziyyəti ağırdır.
Çərşənbə günü axşam da 22 yaşlı gənc Mahmud Camal Həsən Həmdan, Yerihoda sionist hərbiçilərinin atdığı güllə nəticəsində şəhid olub.