Fələstin xəbər agentlikləri cümə günü səhər saatları Əl-Xəlilin şimalındakı Əl-Ərub düşərgəsində israilli hərbiçilərin açdığı atəş nəticəsində digər bir fələstinli gəncin şəhid olduğu xəbərini veriblər.
22 yaşlı “Muhəmməd Cəvabirah”, sionist hərbiçilərinin gülləsi ilə aldığı yaraların şiddətindən şəhadətə çatıb. O, cümə axşamı günü yaralanmışdır.
Fələstin Səhiyyə Nazirliyi, verdiyi bəyanatda bildirib ki, başından güllə yarası alan bu fələstinli gənc, Əl-Xəlilin şimalındakı Əl-Əhli xəstəxanasına köçürülmüşdür.
Cümə axşamı günü Əl-Xəlil vilayətində, xüsusilə də Əz-Zaviyə məhəlləsi və Əl-Ərub düşərgəsinin girişində sionistlərlə fələstinli döyüşçülər arasında gərgin qarşıdruma baş verib.