İşğalçı ordu bazar ertəsi günü səhər saatlarına yaxın Qəzzə zolağının mərkəzində yerləşən Deyr əl-Bələhdəki əl-Əqsa Şəhidləri xəstəxanasının ərazisində olan fələstinli qaçqınları vəhşicəsinə bombalayıb. Bu hücumda uşaqlar da daxil olmaqla, bir sıra mülki şəxs şəhid olub.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, sionist rejiminin qırıcıları bazar ertəsi günü səhər saatlarına yaxın bir vaxtda Qəzzə zolağının mərkəzində yerləşən Deyr əl-Bələhdəki əl-Əqsa Şəhidləri xəstəxanasının ərazisində olan fələstinli qaçqınları yuxuda ikən bombalayıblar.
Bu cinayətdə 8 fələstinli şəhid olub və bəzi insanlar isə yaralanıb.
Şəhid olanlardan ikisi qadın və beşi isə uşaq olub.