Suriyanın Millətlər Təşkilatındakı daimi nümayəndəsi deyib ki, gərək, Təhlükəsizlik Şurası sionist rejiminin təcavüzləri qarşısında sakitliyini pozsun və bu rejimin ərəb ölkələrində işğalçılıq siyasətinə son qoymaq üçün məsuliyyətləri qəbul etsin.
Suriyanın Millətlər Təşkilatındakı daimi nümayəndəsi “Bəssam Səbbağ”, çərşənbə günü Təhlükəsizlik Şurasının Qərbi Asiyanın vəziyyəti barəsindəki iclasında sionist rejiminin Dəməşq hava limanına etdiyi hava hücumuna işarə edərək deyib: Dünyanın təzə ilin intizarında olduğu bir vaxt; yəni, böhranların azaldığı, sülh, firavanlıq və sabitliyin hakim olduğu şəraitdə işğalçı rejim, təcavüzlər, cinayətlər, beynəlxalq qanunların və Millətlər Təşkilatının nizamnaməsinin pozuntusu tarixinə Orta Şərqdə sülhün, təhlükəsizliyin zəifləməsinə səbəb olan yeni hücumlar əlavə edib.
Səbbağ deyib: İsrail, cari ilin ilk ayının ikinci günü Dəməşq Beynəlxalq Hava Limanına raket hücumu ilə Suriya torpağına qarşı yeni təcavüzə başlayıb. Bu da bir neçə nəfərin şəhid olması, yaralanması, maddi ziyanların dəyməsi və hava limanının bəzi xidmətlərinin aradan çıxması ilə nəticələndi. İşğalçı dövlətin radikal naziri İtemar bin Gvir, fələstinlilərin və dünya müsəlmanlarının heysiyyətinə toxunmağına etina etmədən Məscidul-Əqsaya yürüş edərək İslam müqəddəslərinə hörmətsizlik edib.
O, sözlərinin davamında deyib: Suriya, cari ilin Yanvar ayının ikinci günü Təhlükəsizlik Şurasına məktub göndərməklə sionist rejiminin bu torpaqlara, o cümlədən həyati əhəmiyyətli mülki obyektlərə hücumlarının davamına işarə edib. Sonuncu hücumlar Dəməşq Beynəlxalq Hava Limanına olunan təcavüz və Dəməşq, Hələb və Bəndər Laziqiyyə Beynəlxalq Hava Limanlarına bundan əvvəlki hücumlar olub.
Xarici KİV-in verdiyi məlumata görə, Suriyanın Millətlər Təşkilatındakı daimi nümayəndəsi vurğulayıb ki, işğalçı rejim, Suriyanın Colan təpələrində 50 ildən çox xalqımızın əleyhinə təcavüzkar siyasətinə davam edib, beynəlxalq qanunların və beynəlxalq dostluq insan haqlarının həbs, öldürmə, yurdsuz qoyma kimi ən pis növ qanun pozuntusunu yerinə yetirib.
O, həmçinin, deyib ki, sionist rejimi işğalçılığın davamı, köçkünlərin sayının artması, cəmiyyət dəyişikliyinə vadar etmə, təbii sərvətlərin oğurlanması, ərazilərin müsadirə olunaraq üzərində şəhərcik salınma layihələrinin yaradılması məqsədi ilə işğal olunmuş Colanda şəhərcik salmanın sistemli inkişaf siyasətlərinə davam edir. Bu da Colan sakinlərinin həyatlna faciəli təsirlər buraxır.
Sionist rejiminin Suriya əleyhinə olan təcavüzkar hücumları Dəməşqin rəsmi etirazına və Millətlər Təşkilatından bu hücumların dayandırılmasını istəməsinə səbəb olub.