Çinin BMT-dəki nümayəndəsi deyib ki, “İsrail” qulağını kar edib və Qəzzəyə qarşı quru hücumuna davam edir.
Çinin BMT-dəki nümayəndəsi dünən gecə Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Qəzzə müharibəsi barəsində deyib ki, “İsrail” qulağını kar edib və Qəzzəyə qarşı quru hücumuna davam edərək misli görünməmiş insan fəlakəti əmələ gətirib.
O, deyib: İşğalçı rejim olaraq “İsrail”-dən Qəzzə mühasirəsinə son qoymasını və fələstinlilərin köçürülmə layihəsini dayandırmağı istəyirik.
Çinli nümayəndə əlavə edib: Təhlükəsizlik kütləvi cəza ilə əldə edilmir. Zorakılığa zorakılıqla cavab vermək nifrətə və qarşıdrumaya səbəb olur.
Eyni zamanda Rusiyanın Təhlükəsizlik Şurasındakı nümayəndəsi deyib ki, “İsrail” BMT üzvlərinin əksəriyyətinin zorakılığa son qoyma barəsindəki qətiyyətli nəzərini görməməzlikdən gəlir.
O, deyib ki, düyadakı açıq-aşkar reaksiyalara baxmayaraq, “İsrail” Qəzzə zolağındakı insanların boşaldılmasına dair layihələrin icrasına başlayıb.