Sionist hərbiçiləri Fəth hərəkatının hərbi qolu olan Əl-Əqsa Şəhidləri batalyonlarının komandirlərindən birinə qarşı Cenində terror hadisəsi törədərək onu şəhid ediblər.
Fələstin Səhiyyə Nazirliyi işğalçı qüvvələrin bu gün səhər (cümə axşamı günü) Ceninə tacavüzlri zamanı açdıqları atəş nəticəsində baş, sinə və qarın nahiyəsindən güllə yarası alaraq şəhid olan (32 yaşlı) Mustafa əl-Kəstuni barədə məlumat verib.
Eyni zamanda xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi qüvvələri Fəth hərəkatının hərbi qolu olan Əl-Əqsa Şəhidləri batalyonlarının komandirlərindən biri olan Mustafa əl-Kəstunini Cenin şəhərində şəhadətə yetiriblər.
Mustafa əl-Kəstuni bir müddət əvvəlişğalçı qüvvələr tərəfindən həbs oluna bilmədikdən sonra, bu gün səhər (cümə axşamı) terrora məruz qaldı.