Sionist rejimi hərbiçiləri cümə günü Əl-Əqsa məscidinin ətrafında iki fələstinli gənci və İordan çayının qərb sahillərində yerləşən Cenin şəhərində 3 uşağı həbs ediblər.
Yerli mənbələr bildiriblər ki, sionist rejimi hərbiçiləri Əl-Əqsa məscidinə hücum etməklə -kimliyi məlum olmayan- iki nəfər fələstinli gəncə hücum edib, onları özləri aparıblar.
Ötən May ayı ərzində Qüds İcra Hakimliyi, sionist rejimi hərbiçiləri tərəfindən Qüds məhəllələrində 33-ü uşaq və 7-si qadın olmaqla, 143 nəfər fələstinlinin həbsini qeydə alıb.