Tibbi mənbələr işğalçı ordunun hərbiçilərinin Cenində açdıqları atəş nəticəsində 6 nəfər fələstinlinin şəhid olması barədə məlumat veriblər.
Fələstin Səhiyyə Nazirliyi bu gün günorta saatlarından sonra, Cenin düşərgəsində bir uşağın və bir gəncin şəhid olduğunu bildirib. Bununla da, sionist hərbiçilərinin bugünki hücumu və düşərgədəki insanlara atəş açması zamanı Cenində şəhid olanların sayı 6 nəfərə yüksəlib.
Səhiyyə Nazirliyi bundan əvvəl Cenində 4 nəfərin şəhid olduğunu bildirmişdi.
Sionist hərbiçiləri bugün Cenin şəhəri və düşərgəsinə hücum ediblər. İsrail hərbiçiləri ilə müqavimət döyüşçüləri arasında baş verən toqquşmalarda indiyədək 6 nəfər şəhid olub.
Fələstinli mənbələr vurğulayıblar ki, sionist hərbiçiləri hələ də Cenin xəstəxanasını mühasirəyə alıb və təcili yardım maşınlarının xəstəxanaya girişinin qarşısını alırlar.
İnsan haqları mənbələri də sionist hərbiçilərinin Cenində 70-dən çox fələstinlini həbs etdiklərini bildiriblər.