Sionsit rejiminin işğalçı qüvvələri çərşənbə axşamı günü işğal olunmuş İordan çayının qərb sahillərindəki Cenin və Əl-Xəlildə 6 nəfər Fələstin vətəndaşını həbs ediblər.
Sionsit rejiminin işğalçı qüvvələri Ceninin qərbindəki Yəbəd şəhərindn 3 nəfər gənci həbs ediblər.
Fələstin Təhlükəsizlik mənbələrindən bəziləri bildiriblər ki, işğalçı qüvvələr Yusif Qeys Əmarəne, Muhəmməd Cihad Əbu Bəkr və Əhməd Vəlid Bədarəne adlı azadlığa çıxmış məhbusları şəhərə və onların evlərinə hücum etməklə həbs ediblər.
İşğalçı qüvvələr Əbide Atif, Muhəmməd Səlim və Bərra Ət-Titi adlı 3 gənci Əl-Xəlilin şimalında yerləşən Əl-Ərub düşərgəsindəki evlərinə hücum etdikdən sonra həbs ediblər.