Minlərlə fələstinli həftənin cümə axşamı günü Cenin şəhidlərinin dəfn mərasimində iştirak ediblər.
Dəfn mərasimində iştirak edənlər 9 fələstinli şəhidi Cenin dövlət xəstəxanasından çiyinlərinə alaraq şəhərin küçələrində yürüş ediblər.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, işğalçıların Cenin düşərgəsinə qarşı cinayət və hücumu zamanı 9 nəfər şəhid olub və digər 20 nəfər yaralanıb. Yaralanmış şəxslərin 4-nün vəziyyətinin ağır olduğu deyilib.
Bir rmüddət sonra sionist hərbiçilərinin Cenin düşərgəsinə hücumu zamanı ağır yaralanan “Əhməd Ğənim”-in şəhid olduğu xəbəri verilib.
Əhməd Ğənimin şəhadəti ilə Cenin şəhidlərinin bu günkü (cümə axşamı) sayı 10 nəfərə çatıb.






