Cenin düşərgəsinin Media Komitəsinin verdiyi məlumata görə:
– Sionist rejimin hücumu nəticəsində düşərgədə 600 ev tamamilə dağıdılıb. Qalan evlər isə qismən zərər görərək yaşanılmaz vəziyyətə düşüb.
– Bu hücum 22 minə yaxın fələstinlini evlərindən didərgin salıb. Sionist rejim qüvvələri həmin insanları evlərindən zorla çıxarıb və onların geri qayıtmasına hələ də imkan verilmir.
– Hücum nəticəsində 42 nəfər həyatını itirib. Onlardan ikisi Fələstin Muxtariyyətinə bağlı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.