Fələstinli mənbələr, Cenin düşərgəsində sionist hərbiçiləri ilə müqavimət döyüşçüləri arasında silahlı toqquşmalarda döyüş güllələri ilə 8 fələstinlinin yaralanması xəbərini veriblər.
İsrailli hərbiçilər Fələstin vətəndaşlarının evlərinə hücum ediblər və snayperçilər bəzi evlərin damlarında gizləniblər.
Fələstinli mənbələr sionist rejimi radiosuna istinadən bildiriblər ki, sionist rejimi indiyə kimi 3 nəfər fələstinlini Cenin düşərgəsində xüsusi əməliyyat keçirmək üçün plan qurmaları ittihamı ilə həbs edib.
Sionist hərbiçilərinin Cenin düşərgəsinə hücumu ilə eyni vaxta İsrail helikopteri düşərgənin üzərində uçub.
Fələstinin yerli mənbələri Cenin düşərgəsindən Əhməd və Məhəmməd Cəradat adlı fələstinli iki qardaşın həbs olunmasını bildiriblər.
