Fələstin İslami Cihad Hərəkatının hərbi qolu Səraya əl-Qüds bəyanat yayaraq yüksək rütbəli iki üzvünün sionist rejimin cümə axşamı gecə Cenin düşərgəsinə qarşı cinayətkar hücumu nəticəsində şəhid olduğunu açıqlayıb.
Səraya əl-Qüds-ün bəyanatında deyilib ki, ötən gün Cenin düşərgəsinə qarşı hücumda Cenin düşərgəsindən olan “Yəzn Hatəm Ətiyyə əl-Həsən” və Ceninin qərbindəki Yamun qəsəbəsindən olan “Əmir Əhməd Əbdür-Rəhman Əbu Həsən” şəhid olub.


Xatırladaq ki, sionist rejimin Cenin düşərgəsinə qarşı hücumları 10 gündən çoxdur ki, davam edir. Bununla yanaşı, işğalçı qüvvələrin 5 gündən çoxdur ki, İordan çayının qərb sahillərində yerləşən Tülkərm şəhəri və düşərgəsinə təcavüzləri də davam edir. Bundan əlavə, İordan çayının qərb sahillərindəki digər şəhərlərdə də hücüm, atışma və həbslər həyata keçirilir. Bu da, hər gün insanların həyatını itirməsinə və yaralanmasına səbəb olur.